Grand Baku Konsaltinq şirkətinin əməkdaşları "Bioloji aktivlər və kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsi" üzrə sertifikasiya aldı

10 ildən çoxdur qiymətləndirmə bazarında fəaliyyət göstərən Grand Baku konsaltinq şirkəti öz peşəkarlıq səviyyəsini bir daha sübuta yetirdi. Şirkətin əməkdaşları Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində keçirilən “Bioloji aktivlər və kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsi” üzrə təlimlərdə iştirak etmiş və imtahanı müvəffəqiyyətlə verib sertifikatlar əldə edərək ixtisaslarının ən öncül kadrları olduqlarını sözdə yox, uğurları ilə hər kəsə göstərib. Bundan sonrakı fəaliyyətlərində də hər bir əməkdaşa bol uğurlar arzu edir və özlərindən sonra gələcək kadrlara motivasiya yaratdıqları üçün təşəkkürlərimizi bildiririk