GrandBaku AQC-yə üzv oldu

“Grand Baku Consulting” MMC, Azərbaycan Qiymətləndiricilər cəmiyyətinə üzv olub. 1998-ci ilin dekabrında qiymətləndirmə fəaliyyəti ilə məsgul olan hüquqi və fiziki səxslərin, iqtisadçı alimlərin təsəbbüsü ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) yaradılmıs və 1999-cu ilin fevralında Ədliyyə Nazirliyində ictimai birlik kimi qeydiyyata alınmısdır. AQC ictimai birlik olaraq qiymətləndirmə sahəsində əhaliyə keyfiyyətli xidmət göstərilməsini təmin etmək məqsədi ilə qiymətləndirmə fəaliyyətinin bir sıra nəzəri və praktiki problemlərinin həlli istiqamətində dövlət orqanları ilə sıx əməkdaslıq edir.

“Grand Baku Consulting” şirkəti qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün lazımi texniki bazaya, çox saylı proqram təminatına və ən əsası güclü mütəxəssis heyətinə malikdir ki, onlara hüquqşünas, qiymətləndirici, iqtisadçı, mühəndis, texnoloq, memar, maliyyəçi və s. aiddir. 

Şirkətinin əsas fəaliyyət sahələrindən biri daşınar və daşınmaz əmlakların qiymətləndirilməsidir ki, həmin xidmət üzrə fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır.

  •       Mənzil və evlərin qiymətləndirilməsi
  •       Heyvanların qiymətləndirilməsi
  •       Kommersiya obyektlərin qiymətləndirilməsi
  •       Torpaq sahələrinin qiymətləndirilməsi
  •       Nəqliyyat vasitələrinin qiymətləndirilməsi
  •       Maddi və qeyri maddi aktivlərin (əsas vəsaitlərin) qiymətləndirilməsi
  •       Başa çatmamış tikililərin qiymətləndirilməsi
  •       Zavod və fabriklərin qiymətləndirilməsi və s.


    “Grand Baku Consulting” MMC 2011-ci ildə yaradılmış, qiymətləndirmə və sığorta ekspertizası üzrə xidmətlərin göstəriləməsi sahəsində fəaliyyət göstərir.