Sığorta şirkətləri ilə əməkdaşlıq

Grand Baku Consulting şirkəti ölkəmizin ən öndə gedən sığorta şirkətləri ilə əməkdaşlıq müqaviləsini imzalayıb. 

Xidmət göstərdiyimiz sahədə yüksək keyfiyyət və etibarlılığın nəticəsi olan bu əməkdaşlıq hədəfləndiyimiz məqsədə çatmaq üçün növbəti addımdır.

Şirkətin başlıca missiyası – obyektiv yanaşma və neytrallığı təmin edən yüksək keyfiyyətli xidmətlərin göstərilməsindən ibarətdir.

“Grand Baku Consulting” MMC ölkədə fəaliyyət göstərən bir sıra kredit təşkilatlarına, sığorta şirkətlərinə, iqtisadiyyatın digər sektorlarında işləyən müəssisələrə müxtəlif növ xidmətlər həyata keçirmişdir.

“Grand Baku Consulting” MMC öz fəaliyyətində prioritetlər müəyyən etmişdir ki, bu da əsasən obyektiv və neytrallığı təmin edən yanaşmanın təmin edilməsi, hər bir göstərilən xidmətin nəticələrində həqiqi dəyərin əks etdirilməsi və nəticədə yüksək keyfiyyətli xidmətlərin müştərilərə çatdırılmasından ibarətdir.